2D və 3D Görüntüləmə: Panoram, sefalometrik və intraoral 2D şəkillərin, həmçinin CBCT (3D kompyuter tomoqrafiyası) görüntülərinin yüksək dəqiqliklə analizi.

Süni İntellekt (AI) Dəstəyi: Ən son Romexis 7 versiyasında süni intellekt vasitəsilə mandibulyar sinir, implant planlamaparıç ortopedik qapaqlar avtomatik təyin olunması.

İmplant Planlaması: İmplantların virtual yerləşdirilməsi, sinir kanallarının izlənilməsi və cərrahi şablonların (surgical guides) hazırlanması.

Smile Design (Təbəssüm Dizaynı): Pasiyentin 2D fotosu üzərində bir neçə dəqiqə ərzində yeni gülüş dizaynının simulyasiyası.

CAD/CAM və Ortodontiya: Ortodontik analizlər, rəqəmsal modellərin skan edilməsi, qapaq və körpülərin modelləşdirilməsi.

Əsas Modulları və İmkanları

BİZ HANSI AVADANLIQLARLA İŞLƏYİRİK

Açıq Sistem (Open Architecture): STL, PLY və DICOM formatlarını dəstəkləyir, yəni digər brendlərin cihazları ilə rahat inteqrasiya olunur.

Texniki Dəstək: Medholding rentgen mərkəzi həkimlərə 7/24 texniki dəstək göstərir. Habelə, Romexis 7 proqram təminatında süni intellekt ilə çat xidməti də mümkündür.

Mac və Windows Uyğunluğu: Hər iki əməliyyat sistemində tam funksional işləyir

Üstünlükləri nədir?

Medholding rentgen mərkəzi Finlandiyanın Planmeca rentgen diaqnostik avadanlıqları ilə təchiz olunub. Bu cihaz Ultra Low Dose (ULD) prinsipi ilə işləyir, yəni ULD sayəsində 3D KT (CBCT) müayinələri zamanı şüalanma dozası orta hesabla 77% azaldılır və adi 2D panoram rentgen dozası səviyyəsinə endirilir.

Planmeca Romexis proqram təminatı ilə işləyir. Romexis, stomatologiyada rəqəmsal rentgen diaqnostikası, müalicənin planlaşdırılması və CAD/CAM işləmini bir araya gətirən dünyanın aparıcı universal proqram təminatlarından biridir. Bu proqram bütün klinik rentgen növlərini (2D və 3D rentgen şəkilləri, intraoral skanlar və 3D fotoşəkillər) vahid mərkəzdə toplayır.