3D TOMOQRAFİYA MÜAYİNƏSİ

Dişlərin 3D kompyuter tomoqrafiyası (KT və ya CBCT) dişlərin, çənə sümüklərinin və ətraf toxumaların yüksək dəqiqlikli, ağrısız və sürətli üçölçülü rəqəmsal görüntüsünü verən müasir müayinə üsuludur. Bu üsul adətən implantasiya, cərrahiyyə və mürəkkəb kanal müalicələri öncəsi dəqiq planlama üçün istifadə olunur

Müayinənin üstünlükləri

· Üç (koronar, sagital və aksiyal) müstəvidə (3D) dəqiq görüntü təmin edir.

· Çox qısa vaxt ərzində və tamamilə ağrısız həyata keçirilir.

· Sümüyün qalınlığını və sıxlığını ətraflı göstərir.

· Gizli infeksiyaları və kök kanal problemlərini üzə çıxarır.

Hansı Hallarda Tətbiq Olunur

· Diş implantlarının yerləşdirilməsinin planlaşdırılması

· Çənə-üz nahiyəsində cərrahi əməliyyatlar

· Çıxmamış (retensiya olunmuş) ağıl dişlərinin vəziyyəti

· Dərin karies və ya kök ucunun iltihabları

· Ortodontik (breket və ya elayner) müalicənin təyini.