2D və 3D rentgenlərin fərqi. Rentgen diaqnostika nə üçün lazımdır?

2D və 3D rentgenlərin əsas fərqi təsvirin ölçüsündə və dəqiqliyindədir: 2D rentgen (məsələn, panoram rentgen) ikiölçülü, yastı bir şəkil təqdim etdiyi halda, 3D rentgen (KT/ Kompüter Tomoqrafiyası) toxumaların həcmli, hər tərəfli və qat-qat görünüşünü təmin edir. Rentgen diaqnostikası xəstəlikləri erkən mərhələdə aşkarlamaq, gizli patologiyaları tapmaq və müalicəni düzgün planlaşdırmaq üçün mütləqdir. Stomatologi baxış zamanı problemlərin yalnız 50%-ni görmək mümkündür. Qalan gizli patologiyaları aşkarlamaq üçün rentgen mütləqdir. Gizli kariyeslərin tapılması: Dişlərin bir-birinə toxunan arxa səthlərindəki çürümələr yalnız rentgendə görünür. Kanal müalicəsinin planlaşdırılması: Diş köklərinin sayı, forması, əyriliyi və iltihabın (kistanın) ölçüsü dəqiq təyin edilir. İmplantasiya öncəsi hazırlıq: 3D rentgen vasitəsilə çənə sümüyünün qalınlığı, hündürlüyü və sinir xətlərinin yeri mikronu-mikronuna ölçülür. Retensiyalı (gömülü) dişlərin təyini: Çıxmayan ağıl dişlərinin digər dişlərin köklərinə vurduğu zərər öyrənilir.